Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb

OXUNUB: 342 HADİSƏ

Bakıda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Hadisə Xətai rayonunda qeydə alınıb.

2019-cu il təvəllüdlü Namazlı Mələk Allahverdi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

İcmal.Az

RƏYLƏR