Bakıda 46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul edərək ölüb

OXUNUB: 709 HADİSƏ

Bakıda 46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində 1971-ci il təvəllüdlü Eldəniz Həsənov yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /report

 

İcmal.Az

RƏYLƏR