Bakıda 70 yaşlı kişini avtomobil vurub

OXUNUB: 585 HADİSƏ

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı ahıl kişi ağır xəsarət alıb.

 Bakıxanov küçəsində yolu keçmək istəyən 1948-ci il təvəllüdlü Abbasquliyev Vaqif Məmməd oğlunu avtomobil vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib./report

 

İcmal.Az

RƏYLƏR