Bakıda avtobus piyadanı BELƏ VURDU - ANBAAN VİDEO

OXUNUB: 1376 HADİSƏ

Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində ("Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntüləri yayılıb.

Bu barədə "Baku Bus”dan İcmal.Az-a verilən məlumatda bildirilib ki, qəzanın səbəbi piyadanın avtobus yoluna çıxmasıdır.

"Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. "BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar”.

Mayın 22-də Bakı şəhəri, Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntüləri təqdim edirik:

 

İcmal.Az

RƏYLƏR