Bakıda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

OXUNUB: 602 HADİSƏ

Bakının Sabunçu rayonunda baş verən yol qəzası zamanı bir nəfər ağır yaralanıb.

 Balaxanı qəsəbəsində yolu keçmək istəyən 50 yaşlı Yusifov Şaiq Yusif oğlunu minik avtomobili vurub. 

Hadisəni törədən sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR