Bakıda avtomobil velosipedçini vurdu

OXUNUB: 655 SOSİAL

Bakıda avtomobil velosipedçini vurub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Velosipedçi 54 yaşlı Nurməmmədov Mehman Ağakişi oğlu "Hyundai” markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü xəsarət alan şəxsi dərhal 3 saylı şəhər xəstəxanasına çatdırıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR