Gənc qız atasının tapılması üçün "Səni Axtarıram” verilişinə müraciət edib.
Verilişin gedişatında qızın anası da efirə qatılıb. Keçmişi haqqında danışan qadın bildirib ki, heç vaxt evli olmayıblar.
"Mənə ilk vaxtlar yalan dedi. Yoldaşından ayrıldığını söylədi. Amma bu belə deyilmiş. Kirayə qalırdıq. Bir gün o, evə bir qız gətirdi. Dedi xalam qızıdır. Mən də heç nədən şübhələnmədən gətirdiyi qıza yeməyini verdim, qulluq etdim. Ona rahat yatması üçün yer saldım. Gecə oyananda səslər eşitdim. Qızımın atası mənə o qadınla xəyanət edirdi”./goldnews
























