Bakıda evdən 20 min dollar və 80 min manatlıq qızıl oğurlanıb

OXUNUB: 834 HADİSƏ

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

 

Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

 

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. /apa

 

 

İcmal.Az

RƏYLƏR