Nərimanov rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.
Hadisə Habil Mirzəyev küçəsində baş verib.
1977-ci il təvəllüdlü Fərzəliyeva Elnurə Akif qızı binanın ikinci mərtəbəsində yaşadığı evin eyvanında iş görərkən qəfildən yerə yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır./report
İcmal.Az























