Bakıda faciə: Xəndəyə yıxılıb öldü

OXUNUB: 989 SOSİAL

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindəki tikinti sahəsində 1979-cu il təvəllüdlü Əhmədov Zamin Fəxrəddin oğlu növbədən qayıdarkən ehtiyatsızlıqdan xəndəyə yıxılıb.

Özül üçün qazılan dərin xəndəyə düşən 38 yaşlı işçinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR