Bakıda fəhlə tikinti zamanı 12-ci mərtəbədən yıxılaraq ölüb

OXUNUB: 532 HADİSƏ

Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb./report

 

İcmal.Az

RƏYLƏR