Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub

OXUNUB: 761 HADİSƏ

Bakıda gənc oğlana restoranın qarşısında qonşusu 4 bıçaq zərbəsi vurub.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Salyan şossesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.

Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR