Bakıda həbsxanada nikah mərasimi baş tutdu

OXUNUB: 995 SOSİAL

Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Baxışov Ehtiram Ələddin oğlu ilə vətəndaş Məmmədova Sevalə Əflatun qızının müraciətləri əsasında onların nikah mərasimi baş tutub.

İcmal.Az xəbər verir ki, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Baku.ws-ə verilən məlumata görə, 21.10.2017-ci il tarixdə təşkil olunmuş tədbirdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinin rəis əvəzi Aygün Eminova tərəfindən həmin şəxslərin nikahı rəsmiləşdirilib.

Ailə quranlar yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

İcmal.Az

RƏYLƏR