Cari ilin 15 iyul tarixində saat 14:00-dan 19:00-dək Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində könüllü və təmənnasız qanvermə aksiyası təşkil olunacaq
Bu barədə Azərbaycan Talassemiya Federasiyasının (ATF) vitse-prezidenti Fuad Rəsul məlumat verib.
Yayın şiddətli istilərlə davam etməsi qan verən insanların sayına ciddi təsir etmişdir. Bildiyiniz kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara mütəmadi qan köçürülməlidir, əks halda həyatı təhlükələri var.
Bu səbəbdən övladlarımızın istirabsız yaşaması və müvəqqəti yaranan qan
qıtlığını aradan qaldırmaq məqsədi ilə Mərkəzi Qan Bankı və Azərbaycan
Talassemiya Federasiyası 15 iyul tarixində saat 14:00-dan 19:00-dək Park Bulvar
ticarət mərkəzinin birinci mərtəbəsində könüllü və təmənnasız qanvermə
aksiyasını keçirəcəkdir.
Sizlərdən hər
birinizi bu nəcib addıma qatılmağınızı və övladlarımızı qan verərək xilas etmək
üçün bu aksiyada iştirak etməyinizi rica edirik. Hal-hazırda donor qanında
böyük qıtlıq yaşanır, və hər ay 1500-dən artıq pasiyentləri donor qanı ilə
təmin etmək üçün xahiş edirik bu məlumatı yaxınlarınızla bölüşməklə bu aksiyaya
daha artıq insan cəlb etməkdə köməklik göstərəsiniz.
Donorluq - əsl xeyriyyəçilikdir. Qan vermək – onu bölüşə bilənlər üçün çox
cüzi, ona ehtiyacı olanlar üçün çox həyati vacib bir hadisədir!
İcmal.Az