Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
İcmal.Az Report-a istinadla xəbər verir ki, Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 m² olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 m² sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və ümumi sahəsi 70 m² olan digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İcmal.Az