Bakıda mənzildə meyit tapıldı

OXUNUB: 669 SOSİAL

Bakıda mənzildə 93 yaşlı qadının bir neçə gün qalmış meyiti aşkarlanıb.

İcmal.Az "Report"a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Belə ki, qəsəbədə 1924-cü il təvəllüdlü Zakarova Nina Vasilyevnanın cəsədi onun yaşadığı mənzildə aşkarlanıb. Meyit aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiziqa və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır.

 

İcmal.Az

RƏYLƏR