Bakıda məşhur hotel məhkəməyə verildi

OXUNUB: 815 HADİSƏ
Bakıda "Nizami Hotel” məhkəməyə verilib.

Buna səbəb "İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalardır.
 
Paytaxtın Hacı Zeynalabdin Tağıyev küçəsi 16/18 ünvanında yerləşən "Nizami Hotel” İXM-nin 518.1 maddəsi ilə ittiham olunur. Belə ki, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş Səbail rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatına verilib.

Xatırladaq ki, həmin maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir./Qaynarinfo

RƏYLƏR