Bakıda məşhur "Sabina" parfümeriya mağazası ilə müştəri arasında qalmaqal – FOTO

OXUNUB: 1276 Özəl HADİSƏ

"Sabina" parfümeriya mağazası vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satır. 

İcmal.Az Azxeber.com-a istinadən  xəbər verir ki, müştəri "Sabina" parfümeriya mağazasının vaxtı keçmiş mal satması haqda "Azad İstehlakçılar" İctimai Birliyinə (AİİB) ərizə ilə müraciət edib.

O, müraciətində "Sabina" parfümeriya mağazasının Əhmədli filialından 31.08.2017-ci ildə 62.40 AZN ödəyərək,  "Cristian Dior" markasına məxsus kirpik üçün masqara aldığını deyib. Ona verilən kassa çekinin üzərində VÖEN yoxdur.

"Evə gəldikdə, malın qutusunun baş hissəsindəki yapışqan kağızı qopardım və kağızın altında ştrix kod gördüm. Həmin kodu internetde kosmetik hesablayıcı saytına daxil olaraq yoxladım. Mənə məlum oldu ki, malın istehsal tarixi 2013-cü ilin sentyabr ayı və yararlılıq müddətinin bitməsi isə 2016-cı il avqust ayıdır". 

Daha sonra mağazaya zəng etdiyini vurğulayan müştəriyə satıcılar məhsulun yeni olduğunu, hətta 3-5 il istifadə edə biləcəyini də deyiblər: "Dərhal mağazaya zəng etdim (012 570 39 **), iradımı bildirdim, lakin satıcılar mənə birmənalı şəkildə "Bu məhsul təzədir, hətta 3-5 il istifadə etmək olar" dedilər. Mən onlara kodu deyəndən sonra onlar qeyd etdilər ki, malın üzərində yazılmış 6M işarəsinə görə istifadə edə bilərəm. Məlum oldu ki, 6M işarəsi üzərində yaşıl rəngli qiymət kağızı yapışdırıblar. Çoxsaylı "WhatsApp" yazışmalarımızda satıcının mal haqqında ardıcıl yalan informasiya verdiyi məlum oldu.

Xahiş edirəm, istehsalçı hüququmu qoruyasınız, mal qaytarılsın, ödədiyim 62.40 AZN mənim ünvanıma gətirilsin”.

İcmal.Az

 


RƏYLƏR