Qaradağ rayonunda dava zamanı 1 nəfər xəsarət alıb.
Hadisə Lökbatan qəsəbəsindəki parkda qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Zərbəliyev Elnur Mahmudoviç taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Tərəflər arasında mübahisəyə səbəb təhqiredici ifadə olub. Onların mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı E.Zərbəliyev bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Taksi sürücüsü isə hadisə yerindən avtomobili ilə qaçarkən Qaradağ Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb./report
İcmal.Az























