Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub

OXUNUB: 771 HADİSƏ

Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.

İcmal.Az report.az-a istinadən bildirir ki, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.

Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

 

Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.

İcmal.Az

RƏYLƏR