Bakıda sevgilisinin şikayəti əsasında həbs edilən biznesmen azadlığa buraxılıb.
Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, hüquqlarını müdafiə etdiyi Mirzəyev İlqar Sahib oğlu AR CM-nin 182.3.2-ci maddəsi ilə ( hədə-qorxu ilə tələb etmə, 10 ildən 15-dək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur) ittiham edilərək həbs olunmuşdu: "B. Mehriban adlı xanım bildirib ki, sevgilisi olan Mirzəyev İlqar Sahib oğlu guya onu şantaj edərək 100 min ABŞ dolları dəyərində avtomobilini və hər ay 3 min manat pul verməsini tələb edib. Vəsatətim əsasında onların arasında üzləşdirmə istintaq hərəkəti keçirildi və Mehriban adlı qadını ifşa edərək qeyri-səmimi olduğu aşkara çıxarıldı. Həmçinin, üzləşdirmə zamanı qadın verilən suallara cavab tapmayaraq, istintaq hərəkətini yarımçıq qoyaraq, pərt vəziyyətdə çıxıb getmişdi. Dünən hüquqlarını müdafiə etdiyim və 8 ay həbsdə saxlanılan M.İlqar müstəntiqin qərarı ilə azadlığa buraxıldı. M.İlqarın təqsirsiz olduğunu sübuta yetirdim”./oxu
İcmal.Az