Bakıda yük avtomobili gəlin maşınını belə əzdi - VİDEO

OXUNUB: 800 HADİSƏ

Ötən gün Bakıda yük avtomobilinin gəlin maşını üzərinə aşması ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində "90-OA-084" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil bəy və gəlini toy mərasiminin keçirildiyi şadlıq evinə apararkən qəzaya uğrayıb.

"90-JS-731" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı kiçik tutumlu yük maşını dönmə əməliyyatını yerinə yetirərkən "Mercedes" markalı avtomobilin üzərinə aşıb. Avtomobillərdə olanlardan heç biri xəsarət almayıb. Ancaq "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda yük avtomobili gəlin maşınının üzərinə aşdı - Görüntülər yayıldı

RƏYLƏR