Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
1965-ci il təvəllüdlü Gülməmmədova Narın Cəlil qızı yolu keçərkən onu kiçik tutumlu yük avtomobili vurub. Qadın çoxsaylı sınıq xəsarətləri alıb.
O, dərhal təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır./report
İcmal.Az
























