Bakıdakı "Üzüm" restoranının səsi sakinlərin rahatlığını pozur (VİDEO)

OXUNUB: 0 HADİSƏ SOSİAL
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, 39 ünvanında yerləşən restoran sakinlərin rahatlığını pozur.

Sakinlər bildirirlər ki, gecə boyunca restoranda yüksək musiqi səsləndirilir. Onların sözlərinə görə, yaxınlıqda yerləşən "Üzüm" restoranında gecə saatlarında səsləndirilən yüksək musiqi onlara rahatlıq vermir.

Restoranın adminstratoru Rəmzi Allahyarov də iaşə obyektində 23:30-a kimi musiqi səsləndirildiyini təsdiqləyib. Amma o, səsin normadan çox olması şikayəti ilə razılaşmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, restoranda səs-küy olması ilə bağlı sakinlərin müraciətinə uyğun olaraq müvafiq tədbirlər görülür. //Xəzər TV
 
 

 
 

RƏYLƏR