Baş Konsul: "Türk iş adamları Qarabağda fəaliyyətlərini genişləndirəcək"

OXUNUB: 536 SOSİAL
"Türk iş adamları işğaldan azad edilən torpaqlarda, xüsusən Dağlıq Qarabağda öz imkanlarını genişləndirəcək. Prezident İlham Əliyevin də dediyi kimi, Dağlıq Qarabağın yenidən qurulmasında ilk olaraq türk iş adamları fəaliyyət göstərəcək" Bu fikirləri 7NEWS.az - a açıqlamasında Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk bildirib. Diplomat əlavə edib ki, başlanğıc olaraq infrastruktur layihələr görüləcək

"Artıq Bakıdan gələn iş adamları Qarabağda olub və layihələr hazırdır.  İlkin olaraq şirkətlərimiz tərəfindən yol və digər infrastruktur layihələr həyata keçirilir. Daha sonra şəhərin yenilənməsi və inşaat işləri aparılacaq. Bu həm də qardaşlıq rəmzidir, qardaşın qardaşa bir hədiyyəsidir. Artıq bir siyasi partiyamız Şuşa şəhərində yeni məktəb binasının tikintisi üçün müraciət edib. Yeni məktəbin yeri də müəyyən edilib. Qarabağın işğaldan azad olunması sevincini birgə yaşadıq, inkişafını da qardaş ölkələr olaraq birgə təmin edəcəyik"- deyə Z.Öztürk qeyd edib.

RƏYLƏR