Baş nazir və spiker tənqid edildi: "Görəsən bunlar hansı ölkənin maraqlarını qoruyurlar?!"

OXUNUB: 906 index-manşet SİYASƏT
7NEWS.az xəbər verir ki, bu barədə hüquqşunas Aslan İsmayılov məlumat verib: "Son günlər ölkədə və ölkə ətrafında çox ciddi hadisələr baş verir, ancaq narahat olmalı şəxslərin əksəriyyəti susur. 
Karantin rejiminin pozulması, toy qalmaqalları ilə bağlı Baş Nazirin və Milli Məclisin Sədrinin susmağını başa düşdüm. Yəqin ki, özləri karantin rejimini pozduqlarından susdular. Hərçənd ki, Milli Məclisinin Komitə sədrinin və Ombudsmenin qanunu pozduğuna görə ən azından Milli Məclisin Sədri münasibət bildirməli idi. 
Ancaq Rusiyanın Ermənistanı açıq-aşkar silahlandırmasına, ölkəmizi təhdid etməsinə Baş Nazirin və Milli Məclisin Sədrinin susmağını heç cür başa düşmədim. Axı bu mövzuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sonra isə onun köməkçisi Hikmət Hacıyev qəti mövqelərini bildirdilər. Görəsən bunlar hansı ölkənin maraqlarını qoruyurlar?!"
7NEWS.az

RƏYLƏR