Baş qərargah rəisinin müavini: Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq

OXUNUB: 798 SOSİAL

"Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək”.

Bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib.

O bildirib ki, ötən ilin aprel ayında Azərbaycan ordusu düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib: "Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Bu döyüşlərin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır”./apa

İcmal.Az

RƏYLƏR