Baş redaktor dəm qazından boğuldu

OXUNUB: 633 SOSİAL

"Femida” qəzetinin baş redaktoru dəm qazından boğularaq ölüb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib.

Jurnalist, "Femida” qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

İcmal.Az

RƏYLƏR