Başçı şəhid ailəsinin problemini həll etdi

OXUNUB: 700 SOSİAL
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Malik Əsədovun bu gün  şəhadətinin 29-cu ildönümüdür.

"Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlərimiz bizim qürur yerimizdir. Onların ucaldığı şəhidlik zirvəsi bizim yaşamağımıza, qisas hissimizə stimul verməlidir. Onlar şəhid olub, amma onların ailələri bizə və dövlətimizə əmanətdir.” Bu sözləri bu gün Milli Qəhrəmanın qızı  Gülnar Əsədovanın evində təmir işləri ilə maraqlanan Mingəçevirin icra başçısı İlham İsmayılov deyib.

Qəhrəmanın qızı Gülnar Əsədova mənzilinin şəraitsiz olması ilə bağlı İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciəti əsasında mənzilə baxış keçirilib və bundan sonra başçının tapşırığına  əsasən mənzildə təmir işləri aparılıb və mənzilin bütün otaqlarına  istilik sistemi çəkilib.Təmirdən sonra başçı Gülnar Əsədovanın evində olub. Aparılan işlərlə yaxından maraqlanıb.



Gülnar Əsədova deyir ki, 15 ildir ki, bu mənzildə 3 uşaqla şəraitsiz vəziyyətdə yaşayırıq: "Qış aylarında mənzilimiz soyuq olduğundan uşaqlar xəstələnirdi. Bununla bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət etdim. Sağ olsunlar, mənzilimizə həm istilik sistemi çəkildi, həm bütün otaqlarımızı təmir etdilər. Mən icra başçısı İlham İsmayılova və bütün bu işləri görən şəhərin komxoz idarəsinin rəhbərlərinə öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, bundan başqa şəhərdə 3 qazinin də evinə istilik sistemi çəkilir.

RƏYLƏR