BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı

OXUNUB: 26 HADİSƏ
"İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Bu sözləri jurnalist Şərəf Cəlili həyat yoldaşı, BDU müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı deyib.

"Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, – deyə Ş.Cəlili bildirib.

Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir. Ancaq təfərrüat məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı./lent.az

7NEWS.az

RƏYLƏR