BƏƏ Pentaqondan 270 milyon dollarlıq raket alacaq

OXUNUB: 641 DÜNYA

Pentaqon ABŞ Konqresinə Birləşmiş Ərəb Əmirliklərinə 270 milyon dollarlıq raketlərin satışı barədə bildiriş göndərib.

 ABŞ-ın Müdafiə Nazirliyinin açıqlamasında Dövlət Departamentinin Əbu-Dabiyə bu silah növünü satmasına etiraz etmir.

Əmirlik "hava-hava" tipli 340 "AIM-9Х-2" raketini, onun zəruri ehtiyat hissələrini və avadanlıqıarını almaq niyyətindədir. Pentaqonda əlavə ediblər ki, bu raketlərin ehtimal olunan satışı dost ölkənin təhlükəsizliyini gücləndirəcək. /report

 

İcmal.Az

RƏYLƏR