"Söyüş müxalifəti”nin tribunasından istifadə etmək və bəhrələnmək də elə həmin "söyüş müxalifəti”nin tayı olmaqdır. Əli Kərimlinin onlardan həqiqətən fərqi yoxdur. Eyni təfəkkürün yiyələridir. Bu adam günü-gündən cılızlaşır, özünü daha da rəzil vəziyyətə salır və artıq ən səviyyəsiz, tərbiyəsiz insanların tribunasından boylanır” – 7NEWS.Az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Azad söz” kimi əxlaqsız səhifədən video-müsahibə vermək nə deməkdir? İnsan nə qədər enməli, nə qədər cılızlaşmalıdır ki, belə bir kanalda danışsın, suallara cavab versin? Görəsən AXCP sədri utanırmı? Görəsən Əli Kərimlidə abır deyilən şeydən zərrə qədər nəsə qalıbmı? Öz də kompleks dolu müsahibədir. Elə ancaq özünü tərifləyir, özünü qaldırmağa çalışır. Fəqət, bir məqamı unudur ki, siyasətçinin qiymətini xalq verməlidir, siyasətçinin özü yox.
Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Əli Kərimlinin və onun qaraguruhçu dostlarının hazırda tutduqları yol anti-milli və xəyanət yoludur. Belə nadürüstləri daim ifşa etmək lazımdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.