"Belə təcrübədən sonra adam niyə Changandan avtomobil alsın ki?" - SERVİSDƏ AVTO DETALLAR YOXDUR

OXUNUB: 240 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu sözləri "Cahan Holding"in marketinq direktoru Müşfiq İskəndərov deyib: "Changan Azerbaijan mənim maşınımı təmir edib bitirmədiyi 9 ayda Samir Əfətli Koreyadan maşın istəyən 270 şəxsin maşın sifarişini Bakıda təhvil verib. Azərbaycan mühitində inanılan bir adam bəzən xidmət keyfiyyətində bir şirkəti döyər qardaşım. Bu arada qəza anından ilk  şəkli sizinlə bölüşürəm (4 may 2023) , təmir olunması mümkünsüzləşən zərər budur). 
Məsələyə tanınmış ekspert Azər Nəzərov da sərt münasibət bildirib: "Changan Azerbaijan tam-tamına 9 aydır ki Müşviq İskəndərovun maşınını təmir edib ona verə bilmir. Təsəvvür edin, rəsmi təmsilçidən sıfır km maşın alırsan və rəsmi servis təminatın olur, amma ilk qəzanda 9 aydır rəsmi servis maşının detalını tapıb gətirə bilmir. Bir şirkət özü-özünü ancaq bu qədər bazarda və potensial müştərilərin gözündən sala bilərdi. Belə təcrübədən sonra adam niyə Changandan avtomobil alsın ki?! Əslində Detal həqiqətən belə yoxa çıxıbsa, ən doğru yol sənə inanıb, məhsulunu alan müştərini çətin vəziyyətdə qoymaqdansa, ya ona avtomobilin ödənişini geri qaytarmaq ya da yeni avtomobil vermək idi. Bu qədər sadə həll oluna bilən məsələnin uzanması gülməlidir"

RƏYLƏR