Benzin almaq istəyən sürücü zəncirvari qəzaya səbəb oldu – VİDEO

OXUNUB: 828 SOSİAL

Sabunçu rayonunda zəncirvari yol qəzası baş verib. 

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.

Mərdəkan istiqamətində hərəkətdə olan "Mercedes” markalı avtomobilin yanacağı bitib. 

Sürücü nəqliyyat vasitəsini yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb. 

Bu vaxt arxadan gələn 26 yaşlı Tərlan Kazımov idarə etdiyi "KİA” markalı avtomobili yolda hərəkətsiz dayanan "Mercedes”lə toqquşub, ardınca isə taksi sürücüsü idarəetməni itirərək avtomobili "KİA”-ya çırpıb.

Hadisə zamanı "KİA”nın sürücüsü Tərlan Kazımov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Fakt bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR