Bərdədə oğul atasının evini yardı

OXUNUB: 610 HADİSƏ

Bir neçə gün əvvəl Bərdə Rayon Polis İdarəsinə oğurluq haqqında şikayət daxil olub.

Bərdə rayon Polis İdarəsindən İcmal.Az-a bildirilib ki, faktla bağlı təxirəsalınmaz operativ axtarış tədbirləri görülüb.

Araşdırma zamanı məlum olub ki, Əli Əliyevin (ad və soyad şərtidir – red.) mənzilindən dörd min manatdan çox pul oğurlanıb.

Oğrunun mənzil sahibinin oğlu olduğu aşkar edilib.

Daxili İşlər Nazirliyi İcmal.Az-a xəbəri təsdiqləyib və əlavə edib ki, şübhəli şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR