Bərdədə yol qəzası oldu, ölən və yaralananlar var - VİDEO

OXUNUB: 701 HADİSƏ

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

icmal.az-ın "report"un Qarabağ mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107” markalı avtomobili ilə "Nissan" markalı minik maşını toqquşub. Nəticədə "Nissan" sürücüsü ölüb. Hadisə zamanı həmçinin "VAZ-2107”nin sürücüsü və sərnişini ağır xəsarət alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR