“Beşiktaş”ın prezidenti azərbaycanlı sevgilisindən ayrıldı

OXUNUB: 560 DÜNYA

"Beşiktaş” klubunun prezidenti Fikret Orman azərbaycanlı sevgilisi Ülviyyə Aleksdən ayrılıb.

Cütlüyün üç ay öncə ayrıldığı ortaya çıxıb. 

Fikret Orman Ülviyyədən sonra Türkiyənin tanınmış vəkillərindən biri olan Aylin Surkultay ilə eşq yaşamağa başlayıb.

Münasibətlərini gizlədən cütlüyü ifşa edən isə "Sabah” qəzeti olub./oxu

Qeyd edək ki, Ormanın ayrıldığı Ülviyyə Aleks bir neçə il öncə "Neftçi” Peşəkar Futbol Klubunun eks-prezidenti Orxan Hüseynzadə ilə evli olub. Onların bu evlilikdən Selin adlı qızı var. Ancaq bir müddət sonra cütlük boşanıb.

O.Hüseynzadə 2017-ci il iyul ayının 6-da "Neftçi” PFK-nın prezidenti təyin olunub. Bu ilin fevral ayında isə şəxsi istəyilə vəzifəsindən ayrılıb.

İcmal.Az

RƏYLƏR