Beyləqanda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər ölüb

OXUNUB: 718 HADİSƏ

Beyləqan şəhərində ağır yol qəzası baş verib.

 

Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Rayon sakini, 1986-cı il təvəllüdlü Elşad Talıbovun idarə etdiyi "Hyundai” markalı, 10 OK 610 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

 

Nəticədə sürücü və maşında olan sərnişin, 1986-cı il təvəllüdlü Hikmət Mahmudov aldıqları xəsarətdən ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. /apa

 

 

 

İcmal.Az

RƏYLƏR