Beynəlxalq Qan Donorları Günü qeyd olunub

OXUNUB: 1294 SOSİAL
Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının dəstəyi, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi" və "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" ictimai birliyinin birgə təşkilatçılığı ilə 14 İyun - Ümumdünya Qan Donoru Gününə həsr olunmuş  tədbir keçirilib. İştirakçılar arasında şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud və irsi qan xəstəliklərindən əziyyət çəkən azyaşlılar da yer alıb. Rəsmi açılış mərasimində  ilk olaraq torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra sağlamlıq imkanları məhdud olan uşaqlar işarə dilində himnimizi ifa ediblər.  Xudayar təsnifi dinləyən tədbir iştirakçılarını məhs şəhidimiz Xudayarın anası salamlayaraq tədbiri açıq elan etmiş oldu. Ardından cizgi və nağıl qəhrəmanlarının müşayəti ilə iştirakçılar üçün arenada ekskursiya təşkil edilib. Tədbir "Sağlam olaq-Donor olaq” şüarı altında baş tutmuşdur.
 


 

RƏYLƏR