“Beynəlxalq təşkilatlar niyə susur?” – Elşən Musayev

OXUNUB: 639 Özəl SİYASƏT
"Ermənilər vandaldır. Bu nadanlar bütün dövrlərdə müharibə cinayətləri törədiblər, mülki əhaliyə qarşı amansızlıqlar ediblər və bununla kifayətlənməyərək hətta dünyadan getmiş insanların, ölülərin ruhunu belə incitməkdən çəkinməyiblər. Qəbirstanlıqlarda törətdikləri vəhşiliklər də buna əyani sübutdur.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Ortada fakt var. Daha doğrusu, faktlar var. Üstəlik, bu hələ bizim bildiklərimiz, aşkara çıxanlardır. Kim bilir, gizlində qalan, üstü açılmayan nə qədər cinayət var. Yəqin, onlar da zamanı gələndə bəlli olacaq, açılacaq və ermənilərin nə qədər vicdansız, hansı miqyasda terrorçu olduqlarını bütün dünya bir daha görəcək. Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, ermənilərin törətdikləri cinayətlər ümumən bəşəriyyət, insanlıq əleyhinə cinayətlərdir, misli görünməmiş vandallıq aktlarıdır. Bəs belə olan halda beynəlxalq təşkilatlar niyə susurlar? – Bax onu anlamıram. Ermənilər daha nə eləməli, hansı vəhşiliklərə imza atmalıdırlar ki, həmin təşkilatların səsi çıxsın? Qəbirstanlıq dağıtmaq nə deməkdir? Bundan o tərəfə nəsə varmı? Bundan ötə vəhşilik varmı? Yoxdur! Beynəlxalq Təşkilatlar isə susmağa davam edirlər. Sanki görmürlər. Amma  əslində hamıdan yaxşı görürlər, sadəcə yəqin səslərini çıxarmaq bu dönəmdə onlara sərf eləmir. Əlqərəz, yanaşma, qiymətləndirmə təəssüf ki, bax budur! Ona görə də Azərbaycan kimsəyə güvənmədən öz işini özü həll etdi, 44 günlük müharibədə məhz öz gücü ilə əzəli torpaqlarına qovuşdu.  Bundan sonra da belə olacaq. Bizim öz qüdrətimiz yetərlidir ki, hər şeyin öhdəsindən gələk. Beynəlxalq təşkilatlar isə güman ki, mürgü vurmağa, susmağa, hər şeyi, bütün vəhşilikləri görməzdən keçməyə bundan sonra da davam edəcəklər. Hər zaman olduğu kimi. Zatən onların adəti budur.”- deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR