Bəzi qanunlar dəyişdi: bundan sonra qəbiristanlıqlar...

OXUNUB: 676 SOSİAL

Milli Məclisdə "Bələdiyyə statusu haqqında” və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişiklik edilib.

Dəyişikliklər barədə məlumat verən Arif Rəhimzadə bildirib ki, hər iki qanunda edilən düzəliş eyni məqsədə xidmət edir.

Onun sözlərinə görə, qanunlara edilən dəyişikliklərdə qəbiristanlıqlara aid torpaqların özəlləşdirmə məqsədilə istifadəsai qadağan edilir.

"Bələdiyyələrin statusu haqqında” 4-cü maddəsinin 2-ci hissənin ikinci abzasında "abadlaşdırılması” sözü "saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilib və həmin abzasda "mərasim” sözündən sonra "və dəfn” sözləri əlavə edilib. Həmçinin "Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir” cümləsi, "hissənin ikinci abzasında "abadlaşdırılması” sözü "saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz olunub və həmin abzasda "mərasim” sözündən sonra "və dəfn” sözləri əlavə edilib. Qanuna həmçinin "Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir” ifadələri də əlavə olunub.

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2-ci maddəsinə "stadionların” sözündən sonra "qəbiristanlıqların” sözü əlavə edilib./publika

İcmal.Az

RƏYLƏR