Bir azdan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyəcək: "SÜRPRİZ"LƏR VAR

OXUNUB: 855 HADİSƏ

Bu gün Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçiriləcək.

7News.Az xəbər verir ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub.  Bu gün  saat 10:00-da isə Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyası pozuntulara görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran Kənd  və  80 saylı İmişli-Beyləqan seçki dairələdində nəticələri ləğv edib.

Saytımızın əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında beş dairə ilə bağlı sürprizlər olacaq.

 

7News.Az

RƏYLƏR