Bir iynəylə hamını "müalicə edən" "həkim" 30 nəfəri HİV-ə yoluxdurdu

OXUNUB: 712 DÜNYA

Hindistanda tibbi biliklərdən anlayışı olmayan kişi saxtakarlıq edərək xəstələrin pulunu alıb.

 Unnao şəhərində yaşayan Rajendra Kumar adlı şəxs xəstələri müalicə adı ilə onların həm pulunu alıb, həm də ölümcül xəstəliyə yoluxdurub.

Belə ki, o, eyni şprislə bütün xəstələrini müalicə edib. Nəticədə onun müalicə etdiyi 30 xəstədə HİV virusu aşkarlanıb.

 

Məsələ ilə bağlı araşdırma aparılır. Həkim axtarışdadır./milli

İcmal.Az

RƏYLƏR