BMT baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəstəklədi

OXUNUB: 774 SİYASƏT

BMT-nin baş katibi Antoniu Qutteriş oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj SarkisyanınCenevrədə keçirdikləri danışıqları alqışlayıb.

İcmal.Az-ın məlumatına görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

Onun sözlərinə görə, BMT-nin baş katibi iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən baş katib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır”, deyə Düjarrik bildirib.

İcmal.Az

RƏYLƏR