BMT Rusiyanın 2016-cı ildə silah satdığöı ölkələrin adını açıqlayıb.
İcmal.Az-ın məlumatına görə, beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb.
Adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə "Smerç” , "TOC-1A” ağır reaktiv artilleriya sistemləri, "Konkurs –M” tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenith-raket kompleksi satıb. Söhbətin Rusiya hərbi sənayesinin ən son nailiyyətlərindən olan "Verba” və "İqla-S” zenit-raket komplekslərindən getdiyi ehtimal olunur.
İcmal.Az