BNA vergi borcu olan şirkətə 3 milyon manatlıq tender verib

OXUNUB: 313 İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması; habelə, mövcud svetofor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi "Techmaster” MMC olub.

Qalib şirkətlə 3 178,566 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, "Techmaster” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi 
Həsənov Sərdar Əbülfət oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin 19,083 min manat vergi borcu var.

Onu da qeyd edək ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır./Ölkə.Az

RƏYLƏR