Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb.
İcmal.Az xəbər verir ki, 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.
Yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq.
"Bakı Kristal Zal”da keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.
12 may
	+91 kq
	1/4 final
	Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)
	13 may
	52 kq
	1/8 final
	Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)
	75 kq
	1/8 final
	Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)
	81 kq
	1/8 final
	Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)
	14 may
	60 kq
	1/4 final
	Cavid Çələbiyev – Yoel Volliamson (Qayana) / Hakan Doğan (Türkiyə)
	69 kq
	1/8 final
	Tamerlan Abdullayev – Muhemmetmirat Sahedov (Türkmənistan)
	91 kq
	1/4 final
	Teymur Məmmədov – Sardorbek Beqaliyev (Özbəkistan)
	15 may
	49 kq
	1/4 final
	Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran)
	56 kq
	1/4 final
	Tayfur Əliyev – Taoufik Kaçfi (Mərakeş)
	16 may
	64 kq
	1/4 final
	Elvin İsayev – Aliyor Noraliyov (Özbəkistan)
 
			 
				

























 
				 
				