Boşanacaqları deyilən müğənni Mustafa Sandalla serb müğənni Emina Sandal birlikdə Avstriyaya tətilə yollanıblar.
İcmal.Az axşam.az-a istinadən bildirir ki, Qərb mətbuatı cütlüyün evliliklərinin 10-cu ildönümünü Londonda qeyd etdiklərini yazıb. Bundan başqa, Emina müsahibələrinin birində "2 oğlumuz var. 3-cü övladımızın qız olmasını istəyirik" deyib.
Bütün bunlar Mustafa ilə Eminanın boşanma xəbərlərini yeni albomlarının çıxması ərəfəsində reklam məqsdilə yaydıqlarını sübut edir.


İcmal.Az

























