«Bravo» 3 ildir ki, böyük zərərlə işləyirmiş – RƏQƏMLƏR AÇIQLANDI

OXUNUB: 412 İQTİSADİYYAT
Azərbaycanın əsas ticarət şəbəkələrindən biri olan «Bravo» brendinin sahibi olan «Azərbaycan Supermarket» şirkəti son 3 ili böyük zərərlə başa vurub. 
 

Son 3 ildə şirkətin gəlirləri iki dəfədən çox artıb. Belə ki, 2018-ci ildə 232,3 milyon manat gəlir əldə etdiyi halda, 2019-cu ildə «Azərbaycan Supermarket»in gəlrləri 401,7 milyon manat,  2020-ci ildə isə 513 milyon manat təşkil edib. 

Buna baxmayaraq şirkət hər 3 ili zərərlə başa vurub. «Bravo»nun zərəri 2018-i ildə 43,6 milyon manat, 2019-cu ildə 41,8 milyon, 2020-ci ildə isə təqribən 47 milyon manat olub. 

Bu dövrdə şirkətin borcları da artıb. 2018-ci ildə şirkətin öhdəlikləri 151,4 milyon manat oldubu halda, 2019-cu ildə 272,9 milyon manat, 2020-ci ildə isə 379,3 milyon manat təşkil edib. 

Bu dövrdə «Bravo»nun aktivləri təqribən 2 dəfə artıb. 2018-ci ildə 241,7 milyon manat olan aktivlər, 2019-cu ildə 354,6 milyon manat, 2020-ci ildə isə 465,5 milyon manat olub.

2021-ci ilin ötən dövründə isə «Bravo»nun aktivləri təqribən 26%, məhsul satışlarında 25%, nağd və nağd vəsait ekvivalentlərində isə 2 dəfəyə yaxın artım baş verib./fed.az


RƏYLƏR