Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşməsi fəlakəti nəticəsində 35 nəfər ölüb.
7NEWS.az xəbər verir ki, Braziliyanın cənub-şərqində yağan leysan yağışlar San-Paulu ştatında daşqın və torpaq sürüşməsinə səbəb olub. Dövlət rəsmilərinin bəyanatında deyilir ki, 7 yaşlı uşaq da daxil olmaqla ən azı 35 nəfər ölüb.
Axtarış-xilasetmə qrupları bölgədə işlərini davam etdirərkən, sel və torpaq sürüşməsi səbəbindən bağlanan yollar yenidən açılır.
7NEWS.az